Bundesliqada noyabrın ən yaxşısı o seçildi
11.12.2025 , 21:45
Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı oyunçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Bavariya”nın hücumçusu Maykl Olisedir.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu səsvermədə Deniz Undav (“Ştutqart”), Yan Diomande (“Leyptsiq”), Vauter Burqer (“Hoffenhaym”), İbrahim Maza (“Bayer”) və Danilo Doexini (“Yunion Berlin”) üstələyib.
Qeyd edək ki, Olise noyabr ayında Bundesliqada 4 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.