Bundesliqada birinci dövrəyə yekun vuruldu
24.12.2018 , 09:07

Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.
Bununla da çempionatda birinnci dövrə başa çatıb. Turun son oyun günündə 2 qarşılaşma keçirilib. “Volfsburq” səfərdə “Auqsburq”u 3:2 hesabı ilə məğlub edib. Qonaqlara qələbə gətirən qolları 33-cü dəqiqədə Cozua Qilavoqi, 41-də Villiam və 89-da Yannik Gerhart vurublar. Meydan sahiblərindən isə Rani Kedira (49) və Serci Kordova (59) fərqləniblər.
Turun son oyununda isə “Hoffenhaym” və “Maynts” klubları üz-üzə gəliblər. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıblar.
Qeyd edək ki, ilk dövrədən sonra turnir cədvəlinə 42 xalla “Borussiya” başçılıq edir. Dortmund təmilçisindən 6 xal az toplayan “Bavariya” 2-cidir. İlk 3-lüyü 33 xalla Münhenqladbax “Borussiya”sı tamamlayır.
