Bundesliqada ayın ən yaxşısı seçildi
15.02.2020 , 18:56

Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halanddı.
Almaniya çempionatında 4 oyuna çıxan gənc forvard 7 qola, 1 məhsuldar ötürməyə imza atıb.
