Bundesliqada 12-ci tura yekun vuruldu
26.11.2018 , 09:01

Günün son oyununda isə “Borussiya” doğma azarkeşləri qarşısında “Hannover”ə böyük hesabla qalib gəlib. Münhenqladbax təmsilçisinin qollarını Torqan Hazard (7-ci dəqiqə), Mixael Lanq (44), Lars Ştindl (58) və Denis Zakariya (77) vurublar. Qonaq komandanın heyətində isə 1-ci dəqiqədə Bobbi Vud fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 26-ya yüksəldən “Borussiya” 2-ci sıradakı yerini qoruyub. Münhenqladbaxlıları zirvədəki Dortmund “Borussiya”sından 4 xal ayırır. 23 xallı “Ayntraxt” 3-cü, ondan 1 xal az toplayan “Leyptsiq” 4-cüdür. “Bavariya” isə 21 xalla 5-ci pillədə yer alır.
