Bundesliqa tarixində ilk
25.11.2019 , 17:37

“Maynts” Almaniya Bundesliqasının XII turunda səfərdə “Hoffenhaym”la qarşılaşıb.
Korner.az xəbər verir ki, 5:1 hesabıyla qalib gələn “Maynts” yerli çempionat tarixində bir ilki bacarıb.
“Maynts” görüşün 45+2-ci dəqiqəsində Ridla Bakunun qırmızı vərəqə almasına baxmayaraq, ikinci hissədə 4 qol vurub. “Maynts” Bundesliqa tarixində səfər matçında azlıqda olmasına baxmayaraq, 4 qol vuran ilk komanda olub.
