Bundesliqa klubundan yeni transfer
23.03.2021 , 13:55

“Leypsiq” heyətinə yeni futbolçu cəlb edib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Strasburq”un müdafiəçisi Məhəmməd Simakanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fransalı futbolçu yeni komandasına mövsümün sonunda qoşulacaq.
