Bundesliqa klubundan yeni transfer
03.02.2021 , 17:46
“Hoffenhaym” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Renn” klubundan hücumçu Jorjinyo Rütteri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.