Bundesliqa klubundan yeni müqavilə
17.02.2020 , 18:47

Almaniyanın “Hoffenhaym” klubu futbolçusu Stiven Zuberin müqaviləsinin müddətini artırıb.
Korner.az xəbər verir ki, klub yarımmüdafiəçi ilə 2023-cü ilə qədər sözləşmə imzalayıb.
2014-cü ildən “Hoffenhaym”da çıxış edən Zuber, 23 dəfə də İsveçrə yığmasının formasını geyinib.
