Bundesliqa klubundan 2 yeni transfer
26.06.2023 , 13:15

Almaniyanın “Volfsburq” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi yarımmüdafiəçi Vatslav Çernı və müdafiəçi Morits Yensi transfer edib.
Çernı Niderlandın “Tvente”, Yens isə Fransanın “Loryan” klubundan transfer olunub.
Almanlar hər iki futbolçunun transferi üçün 8 milyon avro ödəyiblər. Onlarla 4 illik müqavilə imzalanıb.
