Bundesliqa klubunda yeni müqavilə
18.02.2020 , 19:46

“Leyptsiq” futbolçusu Konrad Laymerlə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yarımmüdafiəçi ilə 2023-cü ilə qədər yeni sözləşmə imzalanıb.
2017-ci ildən “Leyptsiq”dən forma geyinən Laymer, bu mövsüm Bundesliqada 20 oyunda iştirak edib.
