Bundesliqa klubunda yeni müqavilə
28.10.2020 , 19:03

“Hoffenhaym”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçisi Ştefan Poşla müqavilənin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 2024-cü ilə qədər yeni müqavilə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.
Qeyd edək ki, Poş, 2016-cı ildən “Hoffenhaym”da çıxış edir.
