Bundesliqa klubunda yeni müqavilə
25.05.2020 , 16:07

“Ayntraxt” futbolçusu Makoto Hasebenin müqaviləsinin müddətini artırıb.
Korner.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2021-ci ilin yayına qədər nəzərdə tutulub.
2014-cü ildən “Ayntraxt”da forma geyinən Hasebe, bu mövsüm Bundesliqada 17 matçda iştirak edib.
