Bundesliqa klubunda yeni müqavilə
02.05.2020 , 17:24

“Bayer” futbolçusu Çarles Aranqislə yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, çilili futbolçu 2015-ci ildə Braziliyanın “İnternasional” klubundan “Bayer”ə transfer olunub.
