Dünya Futbolu

Bundesliqa klubunda yeni müqavilə

11.05.2021 , 20:30

“Leyptsiq” futbolçusu Amadu Haydaranın müqaviləsini yeniləyib.

Korner.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Haydara 2019-cu ildən “Leyptsiq”də çıxış edir.

Son yazılar

Yuxarı