Bundesliqa klubunda yeni müqavilə
07.05.2021 , 18:41

“Ayntraxt” futbolçusu Timoti Çendlerlə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.
ABŞ millisinin üzvü 2014-cü ildən “Ayntraxt”da çıxış edir.
