Bundesliqa klubunda yeni müqavilə
10.04.2021 , 12:55

“Leypsiq” futbolçusu Villi Orbanın müqaviləsini yeniləyib.
Korner.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilə qədər olan yeni sözləşmə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Orban 2015-ci ildən “Leypsiq”də çıxış edir.
