Bundesliqa klubunda yeni müqavilə
30.10.2020 , 12:02

“Verder”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçisi Kristian Qrossla müqavilənin müddətini uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı alman futbolçu ilə yeni müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qross 2019-cu ilin yayından “Verder”də çıxış edir.
