Bundesliqa klubunda yeni baş məşqçi
06.12.2022 , 15:51
Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, komanda Bruno Labbadiyaya tapşırılıb.
56 yaşlı almaniyalı mütəxəssislə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Bruno 2010-2013-cü illərdə də “Ştutqart”ı çalışdırıb.