Bundesliqa klubunda yeni baş məşqçi
12.04.2021 , 22:31

Almaniyanın “Köln” klubunun yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, komandanı bundan sonra Fridxelm Funkel çalışdıracaq.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi sytı məlumat yayıb. Mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Funkel bu vəzifədə Markus Qisdolu əvəzləyib.
