Bundesliqa klubunda yeni baş məşqçi
03.03.2021 , 17:07

“Şalke”nin yeni baş məşçqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Dimitrios Qrammozis çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.
O, bu vəzifədə istefaya göndərilən Kristian Qrossu əvəz edib.
