Bundesliqa klubunda baş məşqçi ayrılığı
05.05.2025 , 13:00

“Volfsburq” baş məşqçisi Ralf Hazenhyuttellə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, 57 yaşlı avstraliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Ralf Hazenhyuttel 2024-cü ilin mart ayından “Volfsburq”a rəhbərlik edirdi.
