Bundesliqa klubu yeni transferini rəsmiləşdirdi
04.01.2025 , 22:00
Gürcüstan millisinin futbolçusu Budu Zivzivadze Almaniya Bundesliqasında çıxış edəcək.
Korner.az xəbər verir ki, 30 yaşlı hücumçu “Haydenhaym”a transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Zivzivadzenin 4 illik müqaviləyə imza atdığı bildirilib.