Bundesliqa klubu onu geri qaytardı
03.01.2025 , 17:38
“Hoffenhaym” icarə əsasında Avstriyanın “Şturm Qrats” klubunda çıxış edən Erencan Yardımcını geri qaytarıb.
Korner.az xəbər verir ki, Bundesliqa klubu türk hücumçudan mövsümün ikinci yarısında faydalanacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı forvard artıq Almaniyaya qayıdıb və komandasının düşərgəsinə qoşulub.