Bundesliqa klubu “Mançester Yunayted”in futbolçusunu alır
19.12.2023 , 12:51

Almaniyanın “Ayntraxt” klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Donni van de Beeki heyətinə qatır.
Korner.az-ın məlumatına görə, Bundesliqa təmsilçisi “qırmızı şeytanlar”da əsas heyətə düşə bilməyən futbolçunu icarəyə götürür.
Son olaraq icarə əsasında “Everton”da çıxış etmiş futbolçu “Ayntraxt”la müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.
