Almaniyanın “Paderborn” həbsdə olan futbolçunu transfer edib.
Korner.az-ın məlumatına görə, II Bundesliqa klubu 4-cü liqada çıxış edən “Babelsberq”dən Süleyman Koçu heyətinə qatıb. Türk əsilli futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Koç 2011-ci ildə dostları ilə birlikdə Berlindəki bir oyun aparatını qarət edib və bu səbəbdən 3 il 9 ay azadlıqdan məhmur edilib. O, açıq tipli cəzaçəkmə müəssəsində cəzasını çəkir. Süleymanın cəzası yanvarın 1-də başa çatacaq.
