“Buna şərh verə bilmərəm” – Ailton
28.09.2019 , 00:38

Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən “Qarabağ”ın müdafiəçisi Ailton Silva oyundan sonra jurnalistlərə müsahibə verib.
Korner.az xəbər verir ki, futbolçu öncə oyunla bağlı fikirlərini bildirib.
– Çətin oyun oldu. Müdafiədə oturan komanda ilə qarşılaşdıq. Səbirli olmağı bacardıq, daha çox topa nəzarət elədik. Zamanı gəldi və bundan istifadə etdik, qalib gəldik.
– Ehtiyatlı oynayırdınız. “Sumqayıt”dan çəkinirdiniz?
– Özümüz məşq edirik. Əlbəttə, rəqib də oyuna hazırlaşır. Lider kimi məsuliyyət var ki, bütün oyunlara qələbə əzmi ilə çıxaq. Bu dəfə də istisna olmadı, oyuna çıxdıq, qalib gəldik.
– Ötən mövsüm “Neftçi” rəqabət aparsa da, bu il belə komanda yoxdur. Bu durum sizi sevindirir, yoxsa sizin üçün maraqsızdır?
– Digər komandalar barədə danışmağı xoşlamıram. Hazırlaşırıq ki, xallarımızı artıraq. Hədəfimiz xallarımızı artırmaqdır. Sonda nə olacağını yaşayıb, görərik.
– “Sevilya” və “Zirə” ilə oyunlardan sonra Qurban Qurbanov sizə sərt xəbərdarlıq edib ki, mənim tələb etdiyim futbolu oynamırsan.
– Qurban müəllim bunu müsahibəsində deyib? Sizin informasiyadır? Buna şərh verə bilmərəm. Meydana çıxdığım oyunlarda komanda yoldaşlarıma kömək etməyə çalışıram.
– APOEL-ə səfərdə 4 qol vuran “Düdelanj”dan Lüksemburqda məğğlub etmək nə dərəcədə inandırıcıdır?
– Rəqibi analiz edəcəyik. Onların çatışmayan cəhətini görəcəyik. Səfər oyunu olsa da, hədəf 3 xaldır. Lüksemburqa qələbə üçün yollanacağıq
