Bülənt Qorxmaz Bakıya gəldi – FOTO
24.11.2019 , 13:54
Türkiyə futbolunun əfsanəsi Bülənt Qorxmaz Bakıya gəlib.
Korner.az xəbər verir ki, o, bununla bağlı şəkilləri özünün rəsmi İnstaqram səhifəsində paylaşıb. Hələlik səfərin məqsədi haqda məlumat yoxdu. Amma onun yenidən Azərbaycanda işləməsi ilə əlaqəli olması istisna deyil.
Bülənt Qorxmaz bugünlərdə Türkiyə Super Liqa klubu “Antalyaspor”dan istefa verib.