Qurbanovun 1 xal ümidəri puç oldu
Topaz Premyer Liqasının XIII turu çərçivəsində səfərdə "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olan "Kəpəz" klubunun baş məşqçisi Mahmud qurbanov oyunla fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisinin çalışdırıcısı bir xal qazanacaqlarına ümid etdiklərini bildirib:
“Bugünkü oyunda ən azı bir xal qazanacağımızı düşünürdük. Komanda əlindən gələni etdi, buna baxmayaraq məğlub olduq".
