“Yuventus”un qapıçısı Canluici Buffon Seria A-da keçirdiyi oyunların sayının 615-ə çatdırıb.
Korner.az-ın məlumatına görə, 39 yaşlı oyunçu bu nəticəyə dünən ölkə çempionatının 30-cu turu çərçivəsində keçirilən “Napoli” (1:1) ilə oyunda nail olub.
Təcrübəli qapıçı bu nominasiyada yalnız “Milan”ın əfsanəvi müdafiəçisi Paulo Maldinidən geri qalır.
