“Yuventus”un qapıçısı Canluicci Buffon Argentinadan transfer təklifi alıb.
“Boka Xuniors” 40 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Xəbərdə klubun Libertaderos kubokunu qazanmaq üçün qapı xəttini gücləndirmək istədiyi qeyd olunub.
Bu işdə argentinalı futbolçu – Buffonun sabiq komanda yoldaşı Karlos Tevezin vasitəçi olduğu bildirilir.
Qeyd edək ki, Buffonun mövsümün sonunda karyerasını başa vuracağı ehtimalı var.
