“Yuventus”un qapıçısı Canluici Buffon karyerasını bitirsə, işsiz qalmayacaq. Təcrübəli qapıçını öz heyətində birdən-birə 3 qurum görmək istəyir – FİFA, “Yuventus”, İtaliya Futbol Federasiyası.
Buffon hzırki mövsümümn onun üçün sonuncu ola biləcəyini açıqlayıb. “Tuttosport”un verdiyi xəbərə görə, bu səbəbdən qapıçıya iş təklifləri indidən gəlməkdədi.
İtaliya Futbol Federasiya Canluici Buffonu idarə heyətinin üzvü kimi görür. “Yuventus”da isə qapıçı direktor vəzifələrindən birini alacaq. FİFA isə öz növbəsində qapıçıya “Futbolun inkişafı üzrə” mütəxəssis təklifini vermək istəyir.
