“Yuventus”un qapıçısı Canluici Buffon zədəsini sağaldıb.
Korner.az-ın məlumatına görə, ancaq onun A seriyasında “Milan”la görüşdə iştirak edib-etməyəcəyi dəqiqləşməyib.
C.Buffonun ən pis halda “Milan”la oyunu buraxacağı, növbəti matçlarda isə oynayacağı bildirilib.
“Yuventus” – “Milan” qarşılaşması noyabrın 21-i keçiriləcək.
