İtaliya millisinin və "Yuventus" klubunun qapıçısı Canluici Buffon futbol klubu alıb. Korner.az-ın məlumatına görə, məşhur qolkiper İtaliya çempionatının III divizionunda mübarizə aparan “Karrareze” klubuna sahib çıxıb. Bu klub Buffonun doğulduğu Toskana bölgəsini təmsil edir. 34 yaşlı qapıçı gənclərdən ibarət komandanı bərpa etmək və klub nəzdində futbol məktəbi yaratmaq niyyətindədir.
