“Yuventus”un qapıçısı Canluici Buffon “Barselona” haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, o, Kataloniya klubunu dünyanın ən güclüsü hesab etdiyini deyib.
“Çempionlar Liqasının favoritinin hansı komanda olduğunu demək çətindir. Mövsüm 11 ay davam edir, bu müddətdə çox şey baş verə bilər. Bugünkü vəziyyətə baxsaq, “Barselona”nın ÇL-i qazanmaq şansı daha çoxdur. Ötən il də “Barsa” güclü heyətə sahib idi, hamı onlardan çəkinirdi, ancaq ÇL-in favoriti qismində “Real” və “Bavariya” görülürdü. Nəticədə isə katalonlar kuboka sahib çıxdılar. Bu gün də onlar dünyanın ən güclüsüdürlər”, – deyə italyan qolkiper bildirib.
