“Yuventus”un və İtaliya millisinin qapıçısı Canluici Buffon karyerasını bitirəcəyi tarixi açıqlayıb.
Korner.az-ın məlumatına görə, qolkiper 2018-ci ildəki Dünya çempionatından sonra yaşıl meydanlarla vidalaşacaq.
38 yaşlı qapıçı daha 2,5 il futbol oynamaq istədiyini bildirib: “Əgər “DÇ-2018″ə gedə bilsəm, ondan sonra karyeramı bitirəcəm”.
