Buffon 600-ə çatdı
27.02.2019 , 19:35

İtaliyalı qapıçı Canluici Buffon növbəti dəfə diqqətləri üzərinə çəkib.
41 yaşlı italiyalı qolkiper Fransa kubokunun ¼ final mərhələsində “Dijon”la oyunda karyerasındakı 600-cü qələbəsini qazanıb.
Qeyd edək ki, Buffon cari mövsümün əvvəlində “Yuventus”dan PSJ klubuna keçib.
