"Yuventus"un qapıçısı Canluyci Buffonun aqenti Silvano Martina futbolçunun gələcək karyerası haqda danışıb.
Korner.az-ın məlumatına görə, Martina müştərisinin hələ 2 il"Yuventus"da qalacağını qeyd edib. Onun sözlərinə görə, təcrübəli qapıçı "Yuve"dən sonra karyerasını Amerikada davam etdirəcək. Aqent nitqinə bunları da əlavə edib:
"Buffon klubu ilə 2 illik müqavilə imzalayıb və bu müddət ərzində ayrılmağı düşünmür. Müştərim 2018-ci dünya çempionatı haqda iştirakı barədə fikirləşir. Klub karyerası onun üçün bir o qədər də önəmli deyil. Bu səbəbdən, çox güman ki, "Yuventus"dan sonra Amerikada oynasın"
Qeyd edək ki, Buffon İtaliya yığmasının heyətində 2006-cı ildə dünya çempionu adına layiq görülüb.
