İtaliya millisinin qapıçısı Canluici Buffon DÇ-2018-in seçmə mərhələsində Albaniyaya qarşı keçirilən oyunda rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, təcrübəli qolkiper yığmada 168-ci oyununa çıxıb ki, bu, avropalı futbolçular arasında rekorddur.
Buffon aktivində 167 oyun olan İker Kasilyas (İspaniya) və Vitali Astafyevi (Latviya) geridə qoyub.
Qeyd edək ki, dünyada Buffon cəmi 4 futbolçudan geri qalır. Dünya rekordu isə Misir yığmasında 184 oyun keçirən Ahmed Hassana məxsusdur.
Onu da əlavə edək ki, Albaniya ilə oyun Buffon üçün milli və klub səviyyəsində 1000-ci qarşılaşmadır.
