Palanqa şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Litvanın “Kretinqa” klubu ilə yoldaşlıq oyunu keçirib. Korner.az-ın məlumatına görə, matç 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Litva təmsilçisinin qapısından hər 3 topu Bayram Budaqov keçirərək, het-trikə imza atıb.
