Portuqaliya Sequndasında 31-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası evdə “Vizeu”yla qarşılaşıb. Qarşılaşa Lissabon təmsilçisinin 3 – 1 qələbəsiylə nəticələnib.
Budaq Nəsirov zədəli olduğu üçün bu matçda iştirak etməyib.
Qeyd edək ki, 31 oyundan sonra hesabında 37 xal olan “Sportinq B” 22 komanda arasında 16-cı pillədə qərarlaşıb.
