Budaq Nəsirov “Zirə”də
10.08.2018 , 18:20

21 yaşadək futbolçulardan ibarət yığmamızın və “Sportinq”in üzvü Budaq Nəsirov karyerasını “Zirə”də davam etdirəcək
Gənc yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, qarşıdakı mövsümü icarə əsasında “Zirə”də keçirəcək.
Qeyd edək ki, B. Nəsirov “Sportinq”in B komandasında çıxış edir. Onun Lissabon klubu ilə 3 illik sözləşməsi var.
