Məğlubiyyətlərdən bezmişik,
Çoxlarının qabağında əyilmişik,
Onlara baxıb, əzilmişik,
Bu yığma yaraşmır Azərbaycana!
***
Dubaya, San Fransiskoya, Moskvaya,
Milyonları sovurduz, havaya,
Nə fayda? Yenə uduzduz Rusiyaya,
Bu yığma yaraşmır Azərbaycana!
***
Bir qələbəyə görə yüz min avro verərsiz,
Sonra çıxıb, “analoqsuz inkişaf” nağılları söyləyərsiz,
4-5 almanın başına pulları səpərsiz,
Bu yığma yaraşmır Azərbaycana!
***
6 ildir burdadır, bir xeyir verməyib,
Bu xalq qələbə üzü görməyib,
Farsları, almanları “azərbaycanlı” edib,
Bu yığma yaraşmır Azərbaycana!
***
Pullar gedir sel kimi,
Müdafiə dağılır, tel kimi,
Biri gedir, o biri gəlir yel kimi,
Bu yığma yaraşmır Azərbaycana!
***
Gəzməyə gedirsiz ildə 4 dəfə,
Guya ki, aparırsız gəncləşdirmə,
Ayağı top tutmayanları çağırırsız milliyə,
Bu yığma yaraşmır Azərbaycana!
***
Biz çox yazmışıq, xeyri yoxdur,
Əsas odur, qarınları toxdur,
Millininsə dərdi çoxdur,
Bu yığma yaraşmır Azərbaycana!
***
Bezməmisiz sıvamaqdan hər səhvi?
Çıxın bu xalqdan dilənin əfvi
Bu yığma yaraşmır Azərbaycana!
Bu adamlar yaraşmır Azərbaycana!
Bu məşqçi, bu federasiya yaraşmır Azərbaycana!
Ürfan Məmmədzadə
