“Yuventus”un futbolçusu Pol Poqba zədəsini tam olaraq bərpa edib.
Korner.az-ın məlumatına görə, 52 gün zədəli qalan istedadlı futbolçu bu gün komanda ilə birgə məşq edib.
Bununla yanaşı o, Madridə komanda ilə birlikdə yollanıb. Poqbanın “Real”la oyunda iştirak edə biləcəyi gözlənilir.
