“Yuventus” klubu zədəli olan futbolçularından xoş xəbər alıb.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Footbal İtalia” yayıb.
Zədəli olan Klaudio Markizio və Karlos Tevez artıq komanda ilə birgə məşq edir. Mənbənin yazdığına görə, onlar İtaliya A Seriyasının 33-cü turunda “Fiorentina”ya qarşı oynanılacaq matçda iştirak edəcək.
