Bir müddət əvvəl Madrid "Real"ından ayrılması gözlənilən Qonzalo İquain müqaviləsini uzadacaq.
Korner.az-ın məlumatına görə, arxada qalan mövsümdə çox vaxt ehtiyatda qalan argentinalı futbolçu bir müddət daha "kral" klubunun şərəfini qoruyacaq. Üstəlik hücumçu il ərzində artıq 3.5 yox, 4.5 milyon avro qazanacaq.
Qeyd edək ki, İquain 2007-ci ildə "River Pleyt"dən "Real"a transfer olmuşdu.
