"Qalatasaray”ın Didye Droqbanı transfer etməsindən sonra Burak Yılmazın komandadan gedəcəyi bildirilirdi.
Korner.az-ın məlumatına görə, lakin futbolçunun meneceri bu xəbəri təkzib edib:
“Burak “Qalatasaray”a 6 aydan sonra ayrılmaq üçün gəlməyib. O, gələndə “Qalatasaray”da ciddi rəqabətin olacağını bilirdi. Bizə nə “Valensiya”dan, nə də başqa bir klubdan təklif gəlib. Son vaxtlar Burakın başqa kluba satılacağı yazılır. Lakin bunlar həqiqətə uyğun xəbər deyil. Biz futbolçumuzu satmağı düşünmürük”.