"Milan"ın braziliyalı futbolçusu Aleksandr Pato yay transferi çərçivəsində heç bir kluba getməyəcək.
Korner.az-ın məlumatına görə, bu barədə futbolçunun meneceri Qilmar Veloz xəbər verib. Menecer futbolçusunun "Milan"da xoşbəxt olduğunu vurğulayıb:
"Patonun klubu ilə 2014-cü il mövsümünə qədər müqaviləsi var. O, hələki gözlüyür. Olimpiyadalarda uğur qazanıb "Milan"a faydalı olmağa çalışacaq".
Qeyd edək ki, Pato arxada qalan mövsümdə cəmi 11 matçda forma geyinə bilmişdi.
