Bu stadionun ot örtüyü yeniləndi – FOTOLAR
13.02.2025 , 12:00

AFFA tərəfindən Binə qəsəbə stadionunda süni ot örtüyünün yenilənməsi işləri başa çatıb.
Korner.az xəbər verir ki, yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir və FIFA lisenziyalı süni ot örtüyü laboratoriyası tərəfindən test edilib.
Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Testin nəticəsinə uyğun olaraq süni ot örtüyünün FIFA Quality Pro sertifikatına uyğunluğu təsdiqlənib.
