“Bu matçda qazanılan bir xal bizim üçün çox vacib idi. Azərbaycandakı karyeramda ən mühüm xalı qazandıq. Son dəqiqələrdə vurduğumuz qol Tanrının bizə hədiyyəsi idi. Gərgin keçən bu oyunda uduzmaq istəmirdik”.
Korner.az Qol.Az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Karlos Kardosa Azərbaycan Premyer Liqasının 13-cü turunda “Xəzər Lənkəran”la bərabərə qaldıqları oyundan (2:2) sonra jurnalistlərə açıqlamasında deyib.
O, hakimliklə bağlı danışmaq istəmədiyini bildirib:
“Bircə onu deyim ki, “Neftçi”nin hakimin köməyinə ehtiyacı yoxdur. Biz sadəcə hakimin ədalətli olmasını istəyirik”.
