“Bütün azarkeşləri və Azərbaycan xalqını təbrik edirəm. “Qarabağ” unudulmayacaq, tarixi bir uğura imza atdı. 23 avqust bizim üçün ağır bir gün sayılırdı. Amma bu dəfə unudulmaz oldu”.
Bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
O, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini açıqlayıb. Komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılamağa gələn Musayev sevincini jurnalistlərlə bölüşüb:
“Bu uğur tək “Qarabağ”ın deyil. Qələbədə hər bir futbolsevərin, jurnalistin də əməyi var. Bunu hamımız qazanmışıq. Növbəti ildən Çempionlar Liqasında reqlament dəyişəcək. Tam başqa formatda keçiriləcək. Yəqin ki, həmin vaxtda da uğura nail olarıq. Ancaq ona vaxt, daha böyük büdcə lazımdı”.
“Bakıya hansı komandanın gələcəyi fərq etməyəcək. Artıq kimdənsə qorxmuruq. Əsas odu ki, artıq bu günü də yaşadıq. Bu, böyük bir sevincdi”.
